"Zirə" yeni qapıçı transfer edib

20:29 03.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Hafta.az xəbər verir ki, komanda Hüseynəli Quliyevi heyətinə qatıb.

Qapıçı ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl “Sumqayıt”, “Səbail” və “İmişli” klublarında çıxış edib.