Yazını böyüt
Yazını kiçilt
Oktyabrın 4–dən 11-dək Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatında iştirak edəcək Fransa millisinin heyəti açıqlanıb.
Cüdo Federasiyasından hafta.az-a bildirilib ki, Fransa yığması fərdi yarışlarda 17 cüdoçu (8 kişi və 9 qadın) ilə təmsil olunacaq.
Komanda kişilər arasında 5, qadınlar arasında isə 6 çəki dərəcəsində mübarizə aparacaq.
Fransa millisinin heyətində cüdo tarixinin ən titullu idmançılarından biri olan Teddi Riner (+100 kiloqram) də yer alıb. Beşqat Olimpiya çempionu, 12 qat dünya çempionu və 5 qat Avropa çempionu olan 37 yaşlı ağırçəkili cüdoçu Bakıda növbəti dəfə dünya çempionluğu uğrunda tatamiyə çıxacaq.