Yazını böyüt
Yazını kiçilt
Aparıcı Azər Zahidin vəkili Yusif Seyfəlov jurnalistlərə açıqlamasında həbsdə olan aparıcı ev dustaqlığına buraxılıb.
Hafta.Az xəbər verir ki, vəkil Nərimanov Rayon Məhkəməsində Azər Zahidin barəsindəki həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi ilə bağlı vəsatətə baxıldığını bildirib. Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin edib və A.Zahid məhkəmə zalından ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, Azər Zahid ötən ilin dekabrında saxlanılıb. Ona qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülmüşdü.