Özbəkistan ərazisində nəhəng “dəniz” yaranıb

13:46 04.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan səhrasının ortasında hər kəsi heyrətləndirən nəhəng su hövzəsi peyda olub.

Hafta.az yazır ki, Buxara bölgəsindəki Qızılqum səhrasında nəhəng su hövzəsinin peyda olması sosial mediada böyük maraq doğurur. Yerli sakinlər və istifadəçilər artıq bu ərazini "Özbəkistanın yeni dənizi" adlandırmağa başlayıblar.

Media orqanlarının məlumatına görə, su hövzəsi təxminən 80 kvadratkilometr ərazini əhatə edir və məşhur Çarvak bənd gölünün demək olar ki, ikiqat böyüklüyündədir.

Səhranın ortasında belə böyük bir su hövzəsinin əmələ gəlməsi çoxlarını təəccübləndirir. Bəziləri onu potensial turizm məkanı hesab edir.

Sosial media istifadəçiləri orada kurortlar, çimərliklər və istirahət obyektlərinin tikilməsi ehtimalı ilə bağlı fikirlərini bölüşürlər. Bu su hövzəsinin gələcək istifadəsi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.