Cəlilabadda arvadını baltalayan şəxs tutulub.
Hafta.az xəbər verir ki, bu haqda DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb. Ş.Bayramov şübhəli şəxs qismində tutulub. Zəruri istintaq hərəkətləri davam etdirilir.
***
Cəlilabadda kişi ailə münaqişəsi zəminində birgə yaşadığı qadını baltalayıb.
Hafta.az xəbər verir ki, hadisə rayonun Yusublu kəndində qeydə alınıb. Belə ki, kənd sakini Şəhriyar Bayramov qeyri-rəsmi nikahda olan arvadı, 2001-ci il təvəllüdlü Səbinə Abbasovanı baltalayıb.
Yaralı xəstəxanaya yerləşdirilib, faktla bağlı cinayət işi başlayıb.
Kənd sakinlərinin sözlərinə görə, cütlük arasında tez-tez münaqişə yaşanırmış.