Avropa Birliyi bizdən cinayətkarları bağışlamağımızı istəyir - Razi Nurullayev

12:52 19.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Avropa Birliyi istəyir ki, Gəncəni, Tərtəri bombalayanları, Qarabağda mülki vətəndaşları qətl edənləri, Xocalı soyqırımını törədənləri, 1 milyon insanı 30 il didərgin salanları, 20 min Azərbaycan əsgərini şəhid edənləri, 30-40 min insanı əlil edənləri bağışlayaq, getsinlər”.

Bunu hafta.az-a deputat Razi Nurullayev Avropa Birliyinin bütün separatçı ermənilər, o cümlədən onların nümayəndələri üçün geniş amnistiyanı istəməsi ilə bağlı açıqlamasında bildirib.

R.Nurullayev Qərbin, Avropanın Azərbaycanla bağlı vecsiz yanaşmasını bu gün də davam etdirdiyini, illərlə haqları pozulan azərbaycanlıların, Azərbaycan dövlətinin pozulan hüquqlarının bərpasi ilə bağlı heç bir addım atmaq niyyətində olmamasına təəssüflə yanaşıb.

“Onlar deyirlər ki, dağıdılmış, viran qoyulmuş 8 şəhərinizi, yüzlərlə kəndlərinizi, donuz saxlanılan məscidlərinizi, silinib atılmış yüzlərlə muzey və tarixi abidələrinizi Ermənistan rəhbərliyinin üzünə vurmayın. Onlar deyirlər ki, azərbaycanlıların öz torpağında öldürülməsinə, torpağının viran qoyulmasına, insanlarının qaçqın düşməsinə, milyardlarla zərər görməsinə, bir milyondan çox mina basdırmalarına, terrora göz yumaq, cinayətkarları bağışlayaq”.

Deputat 30 il ötən müddətdə, bu günə qədər ermənilərin Azərbaycana vurduğu yaraların sağalması üçün heç bir məlhəmi olmayan Avropanın, Qərbin bu cür çıxışlar etməsinə haqqının olmadığını qeyd edib.

“Siz bu humanistliyinizi və insansevərliyinizi 30 ildə nə Azərbaycana, nə də onun vətəndaşlarına göstərdiniz.  Azərbaycan xalqı buna imkan verməz”.