Avropa Birliyi çalışır ki, Rusiyanın Cənubi Qafqazdakı rıçaqlarını zəiflətsin - Ekspert

19:28 26.01.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Ermənistan regionda yaratdığı gərginliyi beynəlxalq müstəviyə çıxarıb.

Bu fikirləri hafta.az-a hərbi ekspert Telman Qasımov bildirib.

O, bunun əsas səbəblərindən biri kimi, bu gün Ermənistanın  Laçın-Xankəndi yolu üzərində keçirilən aksiyanı guya yolun bağlanması, humanitar fəlakət kimi təbliğ etməsi ilə bağlıdır. Onun sözlərinə görə, əslində yaranmış vəziyyət Avropa Birliyinin regiona daxil olması üçün bir bəyanədir və bundan məharətlə istifadə etməyə çalışırlar.

“Əvvəldən də aydın məsələ idi ki, Ermənistan baş naziri sülhlə bağlı protokolları, sülh danışıqları ilə bağlı prosesi uzadaraq, məsələni beynəlxalq müstəviyə çıxarmaq istəyir. Paşinyanın bu siyasətinin cücərtiləri göz önündədir. Və bu gün Ermənistan Avropa Birliyinin 200 nəfərlik müşahidə missiyasının Azərbaycanla sərhədə gəlməsinə sevinir. Amma onların sevincləri gözlərində qalacaq. Bu missiyanın heç bir siyasi təsir gücü yoxdur. ATƏT-in Minsk Qrupu kimi yalnız tövsiyələr verə bilər. Sabah Ermənistanla Azərbaycan arasında hər hansı hərbi gərginlik olarsa o missiyanın heç bir siyasi tərsir gücü olmayacaq”.

T.Qasımov qeyd edib ki, burda hər bir dövlətin özünün maraqları var.

“Avropa Birliyi çalışır ki, Rusiyanın Cənubi Qafqazdakı rıçaqlarını zəiflətsin, bölgəyə nəzarət etsin. Ona görə də Ermənistanın bu missiyanı belə həvəslə reklam etməsinə ciddi yanaşmaq olmaz. Bu missiyanın Azərbaycana heç bir təsiri ola bilmız”.

Hərbi-siyasi ekspert nə baş verməsindən asılı olmayaraq Azərbaycan tərəfi AB-nin missiyasi ilə paralel işləməli, regionda baş verən olayları missiyaya çatdırmalı, məlumatlandırmalıdır. Onun sözlərinə görə, Ermənistan bu missiyanı Rusiya sülhməramlılarının əvəzinə Qarabağa da dəvət etmək istəyir.

“Bu yanaşma özü də ermənilərin absurd, ağılsız yanaşmasıdır. Soruşan lazımdır ki, sən kimsən ki, başqasının ərazisinə missiya çağırırsan. Bu da boş şeylərdir. Azərbaycanın icazəsi olmadan bu mümkün deyil. Azərbaycan Laçın yolunda hansısa missiyanın olmasına icazə verməsə mümkün deyil.  Azərbaycan öz ərazilərinə özü nəzarət etməlidir.  Ona görə də Azərbaycanın əleyhinə olan qərarlar manevrlərdir. Görünən odur ki, Ermənistan üçün yeni ssenarilər hazırlanır. Rusiya ayıq-sayıqdır. Bilir ki, qərbin bura yerləşməsi Avropa Parlamentinin Azərbaycan əleyhinə çıxardığı qərarlar Rusiyanı sıxışdırmaqla bağlıdır”.

Oxunma sayı 137
Gündəm rubrikasından digər xəbərlər