Yazını böyüt
Yazını kiçilt
Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Avropa İttifaqı Rusiya almazlarına qarşı sanksiyalar hazırlayır və bu sanksiyalar gələn ildən tətbiq olunacaq. Bu barədə RİA Novosti məlumat yayıb.
“Biz Ukraynaya hərbi, siyasi və maliyyə yardımı göstərməyə davam edəcəyik. Biz Rusiyaya təzyiq göstərməyə davam edəcəyik. İndi biz G7 ilə işləyirik ki, gələn ildən başlayaraq Rusiya almazlarına qarşı sanksiyalar tətbiq edək”, - Mişel bildirib.