Avropa Parlamentinin hesabatı cızma-qaradan başqa bir şey deyil - Millət vəkili

12:24 05.03.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanı öz mövqeyindən çəkindirmək istəyənlərin gərək üç başı olsun”. Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Elşən Musayev bildirib.

Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibətini arzuolunmaz hesab edən deputat bunu ölkəmizin uğurlarına qarşı sərgilənən qısqanclıq, absurd yanaşma hesab edib.

Deputat eyni zamanda Prezident seçkilərində ATƏT-in müşahidəçi missiyası tərkibində Azərbaycana nümayəndələr göndərən Avropanın heç nəyə nail ola bilmədiyini önə çəkib.

“Ona görə ki, xalq, Prezident birliyi var. Bu gün Avropa Parlamentinin hesabatı, erməniləri dəstəkləyən cızma-qaradan başqa bir şey deyil. Avropa institutlarının Xocalıda donub öldürülən, yandırılan uşaqları görməzdən gəlib, Xankəndidən öz xoşları ilə köçən ermənilərin guya “haqlarını” qorumaları nonsesdir”.