Avropada Ukraynaya silah tədarükü davam etdiyi üçün silah anbarları “sözün həqiqi mənasında boşalıb” və istehsal artan tələbatın öhdəsindən gələ bilmir.
“The Financial Times” yazır.
Nəşrin həmsöhbətləri qeyd edirlər ki, yalnız hakimiyyət orqanlarının zəmanəti ilə silah və sursat istehsalına dair uzunmüddətli müqavilələrin bağlanması problemi həll edə bilər.
FT vurğulayır ki, adətən ifadəsində ehtiyatlı olan NATO-nun baş katibi Yens Stoltenberq müdafiə sahəsində problemlərin mövcudluğunu etiraf edib. Fevralın 14-də Stoltenberq bildirib ki, alyans ölkələri “logistika yarışı” ilə məşğuldurlar, çünki döyüş sursatları “Rusiya döyüş meydanında təşəbbüsü ələ keçirməzdən əvvəl Ukraynaya çatmalıdır”.
Nəşrin yazdığına görə, hazırda avropalı silah istehsalçıları artan tələbat və fabriklərin təcili genişləndirilməsi zərurəti ilə bağlı problemlərlə üzləşiblər.