"Parlamentlərarası Komissiya Azərbaycan-Rusiya dialoqunun inkişafında mühüm platformadır"

11:39 18.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikası Milli Məclisi ilə Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq Komissiyasının 24-cü iclası parlamentlərin ikitərəfli qarşılıqlı fəaliyyətinin inkişafında mühüm mərhələdir.

Hafta.az xəbər verir ki, bu barədə Milli Məclis sədrinin birinci müavini və Komissiyanın həmsədri Əli Əhmədov iclasın açılışında bildirib. Onun sözlərinə görə, Komissiyanın əvvəllər Moskvada keçirilən 23-cü iclası konstruktiv və işgüzar atmosferdə keçib, parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsinə töhfə verib.

“Komissiya illər ərzində ölkələrimizin parlamentləri arasında sabit əlaqələrin qorunması üçün effektiv platforma qismində özünü təsdiqləyib. Əminəm ki, bu iclas Azərbaycan-Rusiya parlamentlərarası dialoqunun inkişafında da xüsusi rol oynayacaq”, - deyə Ə.Əhmədov vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Rusiyanı uzunmüddətli mehriban qonşuluq, dostluq və əməkdaşlıq ənənələri birləşdirir və dövlət qurumları arasında müntəzəm yüksəksəviyyəli əlaqələr, fəal qarşılıqlı fəaliyyət onların münasibətlərinin inkişafında əsas rol oynayır.