Referendumda səslərin hesablanması başa çatdığı üçün ölkə üzrə “yox” səsi 60,5 faiz təşkil edib. İctimaiyyətin yalnız 39,4 faizi yerli əhalinin tanınması üçün "hə" dediyi halda, Avstraliyanın bütün ştatlarında əksəriyyət Torres Boğazı adaları və aborigenlərdən ibarət "Parlamentdə yerlilərin səsi" nümayəndə heyətinin yaradılmasını rədd edib.
Hafta.az-ın yazdığına görə, hüquqi tənzimləmə üçün referendumda 6 əyalətdən 4-də müsbət səs, eləcə də ölkə daxilində səs çoxluğu əldə edilməli idi.
Aborigenlər baş nazir Albanesenin referendumun nəticəsi ilə bağlı açıqlamalarından məyus olduqlarını bildiriblər.
Səsvermənin keçirilmədiyi Tasmaniya əyalətində yaşayan aborigen Rodney Dillon açıqlamasında referendumun nəticəsini "ürək parçalayıcı" adlandırıb. O bildirib ki, baş nazir Albanese öz bəyanatında "yerlilərlə bağlı faktlara toxunmalıdır".
Aborigenlərin hüquqlarını müdafiə edən və referendumun “hə” təşviqatçılarından biri olan hüquqşünas Noel Pearson da nəticələrlə bağlı “yox” səsinin yerlilərlə barışıq prosesinin başa çatdığını bildirir”.
“Parlamentdə yerlilərin səsi” referendumu Leyboristlər hökumətinin təklifi ilə təşkil edilib.
Xatırladaq ki, referendumda ictimaiyyətə "Təklif olunan qanun: yerli avstraliyalıların tanınması və Torres Boğazı adaları və aborigenlərdən ibarət "Parlamentdə yerlilərin səsi" komitəsinin yaradılması üçün Konstitusiyaya düzəlişi təsdiq edirsinizmi?" sualı verilib.
Dünən Avstraliyada əhali son 30 ildə ilk ictimai səsvermə olan referendum üçün səs verib.