Aygün Kazımova məzunlarla bir arada

13:31 13.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xalq artisti Aygün Kazımova ötən gün məzun gecəsində iştirak edib.

Hafta.az xəbər verir ki, məlumatına görə, məzunlar üçün səhnəyə çıxan Pop kraliçasının çıxışı maraqlı anlarla yadda qalıb.

Kazımovanın çəhrayı, "Barbie" üslubunda seçdiyi geyim sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Müğənninin istifadə etdiyi qaşlarla bəzədilmiş mikrofon da diqqət çəkib. Mikrofonun üzərində yer alan "Ay və Gün" aksessuarı izləyicilərin marağına səbəb olub. 

Sevilən mahnılarını məzunlar üçün səsləndirən Aygün Kazımovanın konsertdən görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.