“Astara” gömrük postunda 181, “Biləsuvar” gömrük postunda 140, “Qırmızı Körpü” gömrük postunda 1350, “Mazımqara” gömrük postunda 171, “Samur” gömrük postunda 60 və “Xanoba” gömrük postunda 3 yük maşını var.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, hazırda ən çox gözləmədə olan nəqliyyat vasitələri “Qırmızı Körpü” gömrük-sərhəd buraxılş məntəqəsində müşahidə edilir. AYNA-nın məlumatında qeyd olunur ki, Gürcüstan-Azərbaycan sərhəddə sıxlığın yaranmasına səbəb isə Rusiya ilə Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər.