Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlıları gecə təlimində - VİDEO

14:49 08.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı - 2024” təlimi davam edir.

Hafta.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin planına uyğun olaraq, hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

"Qafqaz Qartalı - 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

Siyasət rubrikasından digər xəbərlər