Azərbaycan 21-ci əsrdə Fransa neokolonializminə qarşı mübarizə aparan əsas ölkədir - Politoloq

18:19 26.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Fransanın imperialist siyasəti Azərbaycanın Bakı Təşəbbüs qrupu ilə Qoşulmama Hərəkatı müstəvisində ifşa edilməkdədir”.

Bunu hafta.az-a siyasi şərhçi Məhəmməd Əsədullazadə Fransanin neokolonializm siyasətinin ifşası, Baki təşəbbüsü və onun nəticələri barədə açıqlamasında bildirib.

M.Əsədullazadə qeyd edib ki, Fransanın neokolonializm siyasəti XXI əsrdə yeni bir müstəviyə keçib. Fransa demək olar ki, 18-19-cu əsrdə həyata keçirdiyi neokolonializm siyasətini qloballaşan, beynəlxalq hüququn hakim olduğu dünyada da aparmağa çalışır.

“Biz bunu Afrikada, Yaxın Şərqdə, Cənubi Qafqazda görə bilirik. Fransanın Ermənistana hərbi dəstəyinin altında məhz Ermənistanı müstəmləkəyə çevirib o bölgədən müharibələr yaratmaq üçün istifadə etmək dayanır”.
M.Əzədullazadə Fransanın apardığı nekolonialist siyasətin bir çox ada dövlətlərdə etirazlarla qarşılandığını deyib.

“Biz Fransanın Yeni Kaledoniya, Korsikada xalqın öz dilində danışmaq üçün apardığı mübarizəsini necə yatırtmaq istədiyini müşahidə etməkdəyik. Fransanın bu imperialist siyasəti Azərbaycanın Bakı Təşəbbüs qrupu ilə Qoşulmama Hərəkatı müstəvisində ifşa edilməkdədir. Azərbaycanın bu kontekstdə keçirdiyi tədbirlər, BMT müstəvisinə qaldırması Fransanın beynəlxalq aləmdə imperialist siysətinin ifşa edilməsinə gətirib çıxarıb. Azərbaycan həm Korsika, həm Yeni Kaledoniya xalqının öz müqəddartını təyin etməsini dəstəkləyir, həm də həmin xalqların Fransa tərəfindən zorakılığa məruz qaldığını pisləyir. Azərbaycan 21-ci əsrdə Fransa neokolonializminə qarşı mübarizə aparan əsas ölkədir. Bakı Təşəbbüs qrupu demək olar ki, Fransaya qarşı beynəlxalq etirazın formalaşmasına, həmçinin onun müstəmləkəsi olan dövlətlərdə etirazın formalaşmasına gətirib çıxardı. Azərbaycan 21-ci əsrdə Fransa imperializminə qarşı kəskin mübarizə aparır, rəsmi Parisin bu siyasətini ifşa edir”.

Oxunma sayı 54
Siyasət rubrikasından digər xəbərlər