Azərbaycan nefti 67 dollara çatıb

13:40 26.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 25-də 66,98 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,21 dollar/barel çoxdur.

 

Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 66,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,3 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,22 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 66,81 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,13 dollar/barel çoxdur.