Yazını böyüt
Yazını kiçilt
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 72,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,24 dollar/barel azdır.
Bu barədə hafta.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 71,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,25 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 68,78 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 70,52 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,16 dollar/barel azdır.