Azərbaycan səfiri Latviya Xarici İşlər Nazirliyinin katibi ilə görüşüb

10:15 12.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
Latviya xarici işlər nazirliyi katibinin müavini, siyasi direktor Andjejs Viyumsons ölkəmizin Latviyadakı səfiri Elnur Sultanovla görüşüb.
 
Hafta.az-ın yazdığına görə, səfir xarici işlər naziri Ceyhun Bayramovun Latviyanın XİN başçısı Krisjanis Karinsə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə təbrik məktubunu təqdim edib.
 


Görüşdə Andjejs Viļumsons və Elnur Sultanov ikitərəfli münasibətləri yüksək qiymətləndirib, Latviya ilə Azərbaycan arasında 2017-ci ildə başlanmış Strateji Tərəfdaşlıq sayəsində müntəzəm siyasi dialoqun davam etdirildiyini, həm iqtisadiyyatda, həm də digər sahələrdə dinamik əməkdaşlığın inkişaf etdirildiyini qeyd ediblər.
 


Xatırladaq ki, Latviya ilə Azərbaycan arasında diplomatik əlaqələr 1994-cü il yanvarın 11-də qurulub.
Siyasət rubrikasından digər xəbərlər