Azərbaycan və Almaniya hərbi nümayəndələrinin ekspert görüşü keçirilib

21:00 23.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Almaniya Federativ Respublikası (AFR) Federal Müdafiə Nazirliyi arasında 2024-cü il üçün imzalanmış ikitərəfli əməkdaşlıq Planı"na əsasən hər iki ölkənin hərbi mütəxəssisləri arasında ekspert görüşü keçirilib.

Müdafiə Nazirliyindən hafta.az-a verilən xəbərə görə, Almaniyanın Müştərək Əməliyyat Komandanlığında keçirilən görüşdə Azərbaycan və Almaniyanın BMT missiyalarında, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və qazanılmış təcrübələr mövzusunda ətraflı fikir mübadiləsi aparılıb, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Oxunma sayı 54