Yazını böyüt
Yazını kiçilt
Bakıda keçirilən Almaniya-Azərbaycan ixracat və maliyyə konfransı çərçivəsində Almaniyanın "Siemens Energy Global GmbH & Co. KG" şirkəti və Azərbaycandan Gürcüstana və daha sonra Avropaya yaşıl enerjinin tədarükünü nəzərdə tutan Qara dəniz sualtı enerji kabeli layihəsinin idarə edilməsini həyata keçirən "Green Energy Corridor Power Company" (GECO) birgə müəssisəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Hafta.az xəbər verir ki, memorandumda HVDC texnologiyasından (yüksək gərginlikli birbaşa cərəyan ötürmə sistemi) istifadə edilməklə yaşıl enerjinin ötürülməsi sahəsində əməkdaşlıq nəzərdə tutulur.