Yazını böyüt
Yazını kiçilt
“Sabah” kapitanı Amin Seydiyevlə yollarını ayırıb.
Hafta.az xəbər verir ki, Klubun məlumatına görə, 27 yaşlı müdafiəçi ilə mövsümün sonunda müddəti başa çatan müqavilə yenilənməyib.
2020-ci ildən “Sabah”ın formasını geyinən oyunçu bu müddət ərzində 186 matçda 7 qolla yadda qalıb. O, həmçinin klub tarixində ən çox oyun keçirmiş futbolçudur.
Amin Seydiyev Bakı təmsilçisinin heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə ölkə kubokunu qazanıb.