Azərbaycan və Türkiyə arasında rəqəmsal ticarətə dair sənəd imzalanıb

17:16 02.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanla Türkiyə arasında rəqəmsal ticarət haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb. Nazir qeyd edib ki, imzalanan sənəd ticarət əlaqələrinin yeni müstəvidə genişləndirilməsinə, mal və xidmətlərin müasir vasitələrlə ticarətinə və ölkələrdə rəqəmsallaşma prosesinin inkişafına təkan verəcək.