Azərbaycan XİN Pakistana başsağlığı verib

20:34 30.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Hafta.az xəbər verir ki, bu barədə XİN-in "Twitter" hesabında paylaşım edilib.

"Pakistanın Pişəvər şəhərində məsciddə törədilən terror aktı xəbəri bizi şoka saldı və kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə şəfa tapmasını diləyirik. Qardaş Pakistan İslam Respublikası ilə həmrəyik", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, bu gün məsciddə törədilən partlayış nəticəsində son məlumata görə, 32 nəfər ölüb, 147 nəfər yaralanıb.

Oxunma sayı 260
Gündəm rubrikasından digər xəbərlər