Azərbaycan xüsusi təyinatlılarının məhv edilməsi barədə Ermənistan tərəfinin yaydığı məlumat uydurmadır - MN

21:55 23.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat bu ölkənin müdafiə nazirliyinin nümayəndələrinin narahat gecə yuxularının məhsuludur.

Hafta.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, düşmənin yaydığı müxtəlif növ dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir: "Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq".

Oxunma sayı 186
Siyasət rubrikasından digər xəbərlər