Azərbaycanda 19 dövlət müəssisəsi özəlləşdiriləcək

15:55 17.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac aprelin 13-də təşkil ediləcək.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, hərraca 28 dövlət əmlakı çıxarılacaq. Bunlardan 19-u kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 9-u isə nəqliyyat vasitəsidir. Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytından tanış olmaq olar.

Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Sifarişçilərin hərraclara onlayn qoşulmaq imkanı da mövcuddur.