Azərbaycanda pul kütləsi artıb

16:10 29.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycanda pul kütləsi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 19,59 milyard manat təşkil edib.

Hafta.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hesabat dövründə dövriyyədəki nağd pul kütləsinin həcmi 9,2 faiz artaraq 10,46 milyard manat, geniş pul kütləsi 0,1 faiz azalaraq 28,58 milyard manata bərabər olub.