Rusiya Qızıl Xaç Komitəsinin Qarabağdakı ermənilərə yardım TIR-ı məhz Ağdam-Xandi yolu ilə aparıldı. Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutunun seçilməsi həm də dövlətin öz ərazisində hansı marşrutun hardan keçməsi ilə bağlı qərar vermə gücünə sahib olduğunu bəyan etdi. Erməniəsilli Azərbaycan vətəndaşı olmaq istəyən mülki insanlara bir daha doğru seçim etməyin yol xəritəsini göstərdi. Ağdam-Xankəndi yolunin əhəmiyyəti nədir və bu yol açılandan sonra prosesin növbəti gedişində nələr gözlənilir?
Milli Məclisin deputatı Hikmət Babaoğlu hafta.az-a bildirib ki, Ağdam-Xankəndi yolunun açılması ermənilərin növbəti təxribatlarının baş tutmadığını göstərir. O, bunu Azərbaycanın böyük əzm və qətiyyətlə addım-addım hər qarış torpağı üzərində suveren huquqlarını bərpa edəcəyinin göstəricisi kimi qiymətləndirib.
“Azərbaycan müharibə istəmir, ona görə də, növbəti addım Qarabağda yaşayan, Azərbaycan xalqına qarşı cinayət törətməmiş, qanunlarını pozmamış erməilərin reinteqerasiyası olmalıdır. Bu gün baş verən hadisə - Ağdam-Xankəndi yolunun açılması psixoloji siyasi qırılma nöqtəsidir. Yəni, ermənilər dərk etməlidirlər ki, nə olursa olsun, Azərbaycan bütün torpaqlarını öz idarəçiliyi altına qaytaracaq. Azərbaycanda yaşamaq istəyənlər qanunvericiliyini qəbul edib müvafiq qaydaların tətbiqindən sonra burada qala bilərlər. Əks təqdirdə onların Azərbacanda yaşaması mümükün deyil”.
Deputat hesab edir ki, bundan sonrakı addım bütün kommunikasiyaların açılması olmalıdır. “Ağdam-Xankəndi yolunu Zəngəzur yolunun açılmasının başlanğıcı hesab edə bilərik. Ermənilər bir məsələni dərk etməlidirlər ki, növbəti dəfə təxribatlara əl atsalar, artıq Azərbaycan daha fərqli addımlar, daha fərqli qərarlar qəbul edə bilər. Bu, onlar üçün əsla yaxşı olmaz”.
BDU-nun baş müəllimi, siyasi ekspert Qulamhüseyn Əlibəyli hafta.az-a bildirib ki, Ağdam-Xankəndi yolunun açılması Azərbaycan dövlətinin mövqeyində haqlı olduğunun təsdiqidir. Onun sözlərinə görə, Azərbaycan bu yolun açılmasını təmin eləməklə göstərdi ki, heç də Qarabağda yaşayan ermənilər “Laçın” sərhəd-keçid buraxılış məntəqəsinin qurulması ilə iddia etdikləri kimi humanitar fəlakətlə üz-üzə deyil.
“Məlumdur ki, Azərbaycan öz sərhəddində buraxılış məntəqəsi qurmaqla ermənilərin rahat keçidini təmin etməklə yanaşı, erməni sakinlərə ərzaq aparılması üçün alternativ yol təklif edib. Təklif olunan Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın öz ərazilərində nəzarətini gücləndirmək gücünə malik olduğunu göstərir. Məlumdur ki, bir sıra beynəlxalq təşkilatlar, dövlətlər bu yolun açılmasına müsbət yanaşırlar. Bu da Azərbaycanda yaşayan ermənilərə ərzaq yardımının göndərilməsi üçün ən uyğun yollardan biri kimi qiymətləndirilə bilər”.
Q.Əlibəylinin sözlərinə görə, ermənilər alternativ yoldan imtina etməyə çalışsa da, yollara daş betonlar, məftillər düzərək Azərbaycan qanunlarına qarşı çıxmaqda israrlı görünsə də, reallıqla barışmalı oldular. Onun fikrincə, həmin yoldan ilk ərzaq yardımının Rusisya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilməsi həmişə olduğu kimi, bu ölkənin özünün üstün mövqeyini nümayiş etdirmək istəyindən irəli gəlir.
“Gələcəkdə Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin göndərdiyi yüklər həmin yolla aparılıb ünvanlarına çatdırılacaq. Nəhayət Xankəndidə, ətraf yerlərdə yaşayan ermənilər anlamalıdır ki, onlar üçün ərzaq yardımının hansı yolla gəlməsinin heç bir əhəmiyyəti olmamalıdır. Əgər Ağdam-Xankəndi yolu açılırsa, o zaman Laçın yolunun da açılmalı olduğu deyilir. Amma biz burada təbii ki, öz sərhəd-gömrük nəzarətimizi aparacağıq ki, silahlı erməni hərbi birləşmələr o yoldan istifadə edərək, Qarabağa yerləşməsinlər. Bu Azərbaycanın haqlı mövqeyini bir daha beynəlxalq aləmdə sübut etdi və Azərbaycanın heç də öz torpağında humanitar fəlakət yaratmadığını bir daha ortaya qoydu”.
Milli Məclisin deputatı Elşad Mirbəşir hafta.az-a bildirib ki, Ağdam-Xankəndi yolu ilə yükün daşınmasının baş tutması birmənalı olaraq Azərbaycanın iradəsinin keçici olduğunu göstərdi. “Əsas odur ki, Azərbaycan özünün suverenliyinə, ərazi bütövlüyünə ardıcıl edilən qəsd cəhdlərinin qarşısını aldı. Yəni, Ermənistan tərəfindən göndərilən 21 yük maşınının Laçın yolunun girişində uzun zaman dayanması, Azərbaycanın həmin yüklərin öz ərazisinə keçməsinə icazə verməməsi gücünün, qətiyyətinin, iradəsinin göstəricisidir”.
Deputat qeyd edib ki, Ermənistan rəsmi Bakıdan icazə almadan Azərbaycan ərazilərinə yük göndərməyə cəhd etməklə nümayiş etdirməyə çalışırdı ki, Laçın yolu Ermənistanın və separatçıların istəyinə uyğun olaraq elə dəhliz formatında qalıb. Azərbaycan isə nümayiş etdirdi ki, Laçın-Xankəndi yolu Azərbaycanın nəzarəti altındadır və bu ilin aprel ayının 23-də Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaqla Azərbaycanın bütövlüyünün təmin edilməsi tamamlamış oldu, öz ərazisinə giriş-çıxışı bərpa etdi.
“Azərbaycan bununla təhlükəsziliyinin təmin olunması istiqamətində çox təsirli addım atdı. Məlumdur ki, ərazilər Azərbaycanın nəzarətində olmadığı dövrdə Laçın-Xankəndi yolu vasitəsi ilə Ermənistan separatçılara silah-sursat ötürürdü. Azərbaycan bu yolu nəzarətə götürməklə separatçıların nəfəsliyini daraltmış oldu. Bunun ardınca regiondan kənar dairələr, yenə də Fransa Laçın Xankəndi yolu vasitəsi ilə separatçılara yük çatdırmağa cəhdlər etdi. Azərbaycan bunlara icazə vermədi. Azərbaycan tərəfi bəyan etdi ki, icazəsi olmadan onun ərazisinə yük keçirilməsi suverenliyinə, ərazi bütövlüyünə qəsd cəhdləridir. Həmçinin, Azərbaycan Ağdam -Xankəndi yolunu təklif etməklə bir daha özünün xoş niyyətini nümayiş etdirdi, Ermənistan və separatçıları ifşa etdi. Ermənistan və separatçılar, onların Avropadakı, ABŞ-da olan lobbiçiləri dünyaya səs salırdılar ki, Qarabağda yaşayan ermənilər blokada şəraitindədirlər, guya humanitar terorora məruz qalıblar. Amma Azərbaycan Ağdam -Xankəndi yolunu təklif etməklə göstərdi ki, Ermənistan və separatçılar sadəcə olaraq Laçın yolu ətafında və Azərbaycan ərazisində yaşayan ermənilərin humanitar vəziyyəti üzərindən siyasi manipulyasiyalar etməkdədirlər. Çünki Ermənistan tərəfi, eyni zamanda Azərbaycan əarzisindəki ermənilər uzun müddət Azərbaycanın təklifini qəbul etmədilər. Son günlərə qədər Ağdam-Xankəndi yolunun adı belə çəkilmirdi. Sual yaranırdı: əgər həqiqətən də Ermənistanın, separatçıların iddia etdiyi kimi humanitar böhran mövcuddursa Azərbaycanın təklifi niyə qəbul olunmur. Biz bununla separatçıları, təcavüzkar Ermənistanı ifşa etmiş olduq, onların siyasi manevr imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırdıq”.
E.Mirbəşir hesab edir ki, bu gün Ağdam-Xankəndi yolu yüklərin daşınmasının mümkün olması separatçıların və Ermənistanın geri çəkilməsinin göstəricizisidir. Onun fikrincə, bu, müvafiq olaraq Azərbaycanın öz ərazislətrinə tam nəzarət etmək imkanlarının da göstəricisidir.
Deputat eyni zamanda qeyd edib ki, Azərbaycan tərəfi Ağdam-Xankəndi yolunun açılmasından sonra Laçın- Xankəndi yolunun açılmasının mümkünlüyünü qəbul etdi. Onun sözlərinə görə, Laçın-Xankəndi yolu Azərbaycanın kömrük və sərhəd buraxılış normalarına uyğun fəaliyyət göstərə bilər.
“Bu, Azərbaycanın təbii hüququdur. Ermənistan və separatçıların ABŞ və Avropadakı dəstəkçiləri israrla tələb edirdilər ki, Laçın yolu əvvəlki kimi dəhliz formatında açıq olsun, Azərbaycanın orada nəzarəti olmasın. Bu, bir daha Azərbayacnın suverenliyini, ərazi bütövlüyünü şübhə altına almaq cəhdləridir. Hər bir dünya dövləti kimi Azərbaycan da öz sərhədlərində giriş-çıxış nəzarətini həyata keçirmək hüququna malikdir. Azərbaycan buna nail oldu. Hesab edirəm ki, biz suverenliyimizin etibarlı təminatı üzərində növbəti addımımızı atmış olduq”.