Azyaşlı qızı qorxudub qızıllarını taladılar

10:52 18.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aprelin 15-də Xətai rayonu ərazisində azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarının talanması barədə 36-cı Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 2005-ci il təvəllüdlü R.Abdullayev və 2006-cı il təvəllüdlü bir qız müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Oxunma sayı 25