Yazını böyüt
Yazını kiçilt
Dörd yaşlı uşağa təcavüz etməkdə ittiham olunan pedaqoq işləyən yerli sakin İsraildə mühakimə olunacaq. Bu barədə YNet nəşri məlumat yayıb.
Hadisə uşaq bağçalarından birində baş verib. Oğlan evə qayıdıb valideynlərinə şikayət edib ki, müəllim ağzına sabun töküb. Onlar hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verib, vəziyyətin araşdırılmasını tələb ediblər.
Yoxlama zamanı məlum olub ki, müəllim ədəbsiz sözlərdən istifadənin yolverilməzliyi ilə bağlı bir neçə dəfə xəbərdarlıq etdikdən sonra uşağın ağzına sabun töküb - oğlan daima söyüş söyüb.
Məhkəmə zamanı qadına həmkarları ilə ünsiyyət qurmaq qadağan edilib və işdən uzaqlaşdırılıb. Ancaq o, başqa uşaq bağçasında dərs deyə bilər.