Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənilib

17:27 06.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə oktyabr ayının pensiyalarını ödəyib.

Bu barədə hafta.az-a nazirlikdən məlumat verilib.

Yaxın günlərdə isə digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları ödəniləcək.