Bakı-Quba yolunda qəza olub: ölən və xəsarət alanlar var

11:01 15.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba yolunda baş verən avtoqəza zamanı iki nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Hadisə yolun Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib. “Nissan” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində 1988-ci il təvəllüdlü Xalidə Xəlilzadə və 19 yaşlı Gülbəniz Qaçıyeva ölüb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 4 nəfər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.