Bakı Təşəbbüs Qrupu Fransanın əsl simasını bütün dünyaya nümayiş etdirir - Kamilə Əliyeva

11:20 12.01.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyev bir daha Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirən və ölkəmizə qarşı təxribat və qərəzli mövqe tutan dövlətlərə, xüsusilə, Ermənistan və ona havadarlıq edən Fransaya önəmli mesajlar ünvanladı”.

Bunu hafta.az-a Milli Məclisin deputatı, professor Kamilə Əliyeva bildirib.

Deputat Fransanın tarix boyu müstəmləkəçilik siyasəti həyata keçirdiyini, Afrika və Şərqi Asiya dövlətlərinə, dənizaşırı bölgədə yerləşən xalqlara qarşı talançılıq və soyqırım siyasəti yürütdüyünü faktlarla önə çəkib. Eyni zamanda qeyd edib ki, Ermənistan torpaqlarımızı işğal altında saxlayan zaman Fransa hər dəfə bu dövlətə və onun işğalçılıq siyasətinə dəstək verib.

“Vətən müharibəsində şanlı qələbəmizdən sonra Fransa ölkəmizə qarşı düşmənçilik siyasətini daha da genişləndirməyə başladı. Makron administrasiyası və Fransa Senatı ölkəmizə qarşı təxribat və qərəz dolu bəyanatlar səsləndirməyə başladılar. Bəzi hallarda Azərbaycana qarşı hədələrlə dolu bəyanatlar səsləndirirdilər. Fransa düşünürdü ki, zəif, gücsüz dövlətlərə qarşı həyata keçirdiyi bu siyasəti Azərbaycanda da həyata keçirə biləcək və ölkəmiz onların diktəsilə hərəkət edəcək. Makron anlamadı ki, qarşısındakı qüdrətli Azərbaycan dövlətidir və bu dövlətin İlham Əliyev kimi güclü siyasətçisi, mahir diplomatı, beynəlxalq hüququ mükəmməl bilən milli və dövlət maraqlarını uca tutan Prezidenti var”.

K.Əliyevə bildirib ki, Fransanın nüvə silahına malik, eləcə də BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına baxmayaraq Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə Fransanın müstəmləkəçi dövlət olduğunu açıq şəkildə bütün dünyaya bəyan edib.

“Prezident İlham Əliyevdən başqa heç bir dövlət başçısı cürət edib Fransanın müstəmləkə siyasəti həyata keçirməsi barədə həqiqəti səsləndirməmişdir. BMT Təhlükəsizlik Şurasında dəfələrlə Azərbaycana qarşı qətnamə qəbul edilməsinə təşəbbüs göstərən Fransa hakimiyyəti Azərbaycan qarşısında məğlubiyyətə düçar oldu. Beynəlxalq Ədalət Məhkəməsində də ölkəmizə qarşı qərarın qəbul edilməməsi Ermənistanla Fransanın növbəti məğlubiyyəti idi”.

Deputat Fransanın milli təhlükəsizlik sahəsində də Azərbaycanda rüsvay olunduğunu qeyd edib.
“Bakıda Fransanın casus şəbəkəsinin aşkar edilməsi bu ölkənin Azərbaycanla yanaşı digər dövlətlərdə də təxribatlar törətmək istəkləri üzə çıxardı.

Prezident İlham Əliyev tərəfindən yaradılmış Bakı Təşəbbüs Qrupu dünyada özünü demokratiyanın beşiyi adlandıran Fransanın əsl simasını bütün dünyaya nümayiş etdirir. Təşəbbüs Qrupuna üzv ölkələrdə Fransaya qarşı böyük etirazlar baş qaldırıb”.

Deputat bütün sahələrdə Azərbaycana uduzan Makron hakimiyyətinin mədəni irsimizə qarşı cılız və iyrənc siyasət həyata keçirdiyinə də diqqət çəkib.

“Fransanın Evian-le-Ben şəhərində Natavanın heykəlinə qırmızı boya atılması və onun örtülməsi Makron hakimiyyətinin nə qədər aciz olduğununun göstəricisidir”.

Siyasət rubrikasından digər xəbərlər