Bakıda 503 avtobus “BakıKart” sistemi ilə fəaliyyət göstərir

12:37 26.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda paytaxtda 503 avtobus “BakıKart” sistemi ilə fəaliyyət göstərir.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə təşkil edilən mediaturda deyib.

O bildirib ki, hazırda Bakıda istifadə edilən və ehtiyyatda olan avtobusların sayı 2100-dür. Bunların 25 faizi “BakıKart” sisteminə inteqrasiya edilib.