Bakıda restoranda yanğın

10:48 16.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda restoranda yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 450 m² olan obyektin (restoran kimi fəaliyyət göstərir) girişində ümumi sahəsi 45 m² olan talvarın şüşə-pambıq üzlüyü 4 m² sahədə yanıb.

Talvarın qalan hissəsi və restoran yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.