Bakının ticarət dövriyyəsinin həcmi artıb

17:57 01.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvar-aprel aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz artaraq 6 milyard 723,1 milyon manat olub.

Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz artaraq 3 milyard 545,7 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0,7 faiz azalaraq 3 milyard 177,4 milyon manata bərabər olub. İstehlak məhsullarının 38,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 45,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,3 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.