Baş infeksionist əhaliyə müraciət etdi

11:41 01.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr var. Qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmayın, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət edin, normal bir gecə yuxusunu təmin edin, yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir”.

Hafta.az-ın məlumatına görə, bunu , Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronavirus infeksiyası ilə bağlı vətəndaşlara müraciətində bildirib.

T.Eyvazovun sözlərinə görə, bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stresdən yayınmaq lazımdır:

“Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.