Rutte: İranla yeni müharibə ABŞ-nin Ukraynaya dəstəyini azaltmayacaq

18:52 08.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

NATO-nun Baş katibi Mark Rutte inanır ki, İranla yeni müharibə başlayacağı təqdirdə ABŞ-nin Ukraynaya silah tədarükü zərər görməyəcək.

Hafta.az xəbər verir ki, o, bu barədə Ankarada keçirilən NATO sammitinin mətbuat konfransında bildirib.

İranla yeni müharibənin Amerikanın Ukraynaya silah tədarükünü pozub-pozmayacağı ilə bağlı suala cavab olaraq Rutte deyib: “Xeyr, çünki ABŞ o qədər güclüdür ki, hər ikisini edə bilər”.