Baydenin Delaver səfərləri 11 milyon dollara başa gəlib

19:35 18.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Fox News-un məlumatına görə, ABŞ prezidenti Co Baydenin vətəni Delaver ştatına tez-tez səfərləri prezidentlik fəaliyyətinin başlanğıcından bəri vergi ödəyicilərinə təxminən 11 milyon dollara başa gəlib.

Keçmiş CBS müxbiri Mark Knollerin sözlərinə görə, Bayden Delaverə 57 səfər edib və orada 185 gün keçirib. Belə ki, vəsait “bir nömrəli bort” və “Marine One” helikopterinin istismarına, həmçinin prezidentin mühafizəsinə xərclənir. Noller, Baydenin Vaşinqton və Delaver arasında 101 uçuş etdiyini, iki dəfə çox helikopterlə uçduğunu söyləyib.