Baydenin iti sayca 11-ci məxfi xidmət əməkdaşını dişləyib

11:15 27.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Co Baydenin iti "Commander" Delaverdə məxfi xidmətin daha bir əməkdaşını dişləyib.

Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, bu, qeydə alınan 11-ci dişləmə hadisəsidir. 2021-ci ildə Ağ Evə gələn alman çoban itinin 2022-ci ilin oktyabrından 2023-cü ilin yanvarına qədər ən azı 10 Gizli Xidmət əməkdaşına hücum etdiyi bildirilib.

Məlumata görə, “Commander”in dişləməsi hallarının bir neçəsi tibbi yardım tələb edib. Hətta 2022-ci ilin noyabrında it bir zabitin qollarını və ayaqlarını gəmirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.

Ağ Ev rəsmiləri, dişləmə hadisələrindən sonra Bayden ailəsinin it üçün yeni bir təlim üzərində işlədiyini və onun daha aktiv olacağı yerlərin hazırlandığını bildirib.

Baydenin həyat yoldaşı, Cill Baydenin Kommunikasiya Direktoru Elizabet Aleksandr, Ağ Ev kompleksinin "ev heyvanları üçün stresli bir mühit" olduğuna diqqət çəkib və Bayden ailəsinin vəziyyəti hər kəs üçün yaxşılaşdırmaq üçün yollar axtardığını söyləyib.

İki yaşlı alman çoban iti "Commander" Baydenə qardaşı Ceyms Bayden tərəfindən 2021-ci ilin dekabrında hədiyyə edilib.

Oxunma sayı 213