BƏƏ-də Ramazanla əlaqədar iş vaxtı 2 saat qısaldıldı

09:46 13.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ramazan bayramı ilə əlaqədar bütün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) iş saatları iki saat qısaldılıb.

Hafta.az-ın “Gulf Today”a istinadən yazdığına görə, şirkətlər iş saatlarına uyğun olaraq çevik və ya uzaqdan iş qrafiki müəyyən edə bilərlər.

BƏƏ İnsan Resursları və Əmirliyi Nazirliyinin verdiyi açıqlamada, iki saatlıq qısaldılmış iş vaxtından artıq işləyən insanlara əlavə əməkhaqqının ödənilməsinin məcburi olduğu xatırladılıb.

Açıqlamada bildirilib ki, yeni iş saatları həm oruc tutan, həm də oruc tutmayan işçilər üçün keçərlidir.

Nazirlik bu tətbiqin Ramazan ayında hər kəsin mənəvi və mədəni tədbirlərdə iştirakını təmin etmək məqsədi daşıdığını açıqlayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, Ramazan ayı ərzində bütün nazirliklər və federal qurumlar bazar ertəsindən cümə axşamına kimi saat 09.00-dan 14.30-a qədər işləyəcək. Cümə günləri iş saatı 09.00-12.00 müəyyən edilir.

Bildirilib ki, işin xarakteri tələb olunarsa, iş saatları dəyişə bilər, lakin qanunla müəyyən edilmiş müddət uzadılırsa, bu, işdən artıq təcrübəyə cəlb olunacaq.

Maliyyə məsləhətçisi Keren Bobker bildirib ki, işçilərdən əlavə iş tələb etmək qanunidir, lakin Ramazan ayında heç kim tam iş günü işləməyə məcbur edilə bilməz.

Bobker qeyd edib ki, yeni qaydanı tətbiq etməyən şirkətlərin işçiləri nazirliyə şikayət ünvanlaya bilərlər.