BƏƏ-dən Hafiz Əsədə xəbərdarlıq: "Həmas-İsrail münaqişəsinə qarışma!"

11:05 10.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Suriyadakı Əsəd rejiminə Həmas - İsrail münaqişəsinə müdaxilə etməmək və Suriya ərazisindən İsrailə hücumlara imkan verməmək barədə xəbərdarlıq edib.

Hafta.az-ın yazdığına görə, bir çox ölkələr, o cümlədən ABŞ müharibənin Livan və ya Suriyaya sıçrayacağından və regional münaqişəyə çevriləcəyindən narahatdır. Fransa, Almaniya, İtaliya, Böyük Britaniya və ABŞ liderləri dünən birgə bəyanatla çıxış edərək, "İsrailə düşmən olan heç bir tərəf bu hücumlardan yararlanmaqla üstünlük əldə edə bilməyəcək" deyiblər.

Ötən il Suriya ilə münasibətləri normallaşdıran və Bəşər Əsədi Əbu-Dabiyə dəvət edən BƏƏ-nin Əsəd rejiminə bölgədəki əksər ərəb ölkələrindən daha çox təsiri var. BƏƏ 2020-ci ildə ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan “İbrahim sazişi”ndən sonra İsraillə sıx əlaqələrə malikdir.

“Axios”a görə, BƏƏ rəsmiləri mesajlarını Suriyanın yüksək səviyyəli rəsmilərinə çatdırıblar və hətta bu barədə Bayden administrasiyasını məlumatlandırıblar.