BƏƏ Ermənistan vətəndaşlarını vizadan azad edir

09:05 13.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BƏƏ və Ermənistan vizadan azad olmaq haqqında Protokol imzalayıblar. Protokolun məqsədi hər iki ölkənin vətəndaşları üçün əvvəlcədən giriş vizası tələbini aradan qaldırmaqdır.

Hafta.az-ın yazdığına görə, razılaşma sayəsində BƏƏ və Ermənistan vətəndaşları hər iki ölkənin ərazisində 90 günə qədər vizasız qala biləcəklər.

Protokol hər iki ölkədə xüsusi, rəsmi və normal pasportlar üçün qarşılıqlı şəkildə tətbiq olunacaq.

Protokol diplomatik kommunikasiyaların mübadiləsindən sonra yaxın vaxtlarda qüvvəyə minəcək.

“Müqavilə BƏƏ ilə Ermənistan arasında dostluq və hörmət üzərində qurulmuş güclü münasibətlərin təzahürüdür. Bu addım hər iki ölkə rəhbərliyinin ümumi məqsəd və maraqları dəstəkləyən baxışlarını əks etdirir”, - ərəb ekspertlər bildirir.

BƏƏ Xarici İşlər Nazirliyinin xarici siyasəti və konsulluq səyləri çərçivəsində bu addım BƏƏ-nin beynəlxalq aləmdə mövqelərini gücləndirmək üçün atılan diplomatik və konsulluq səylərinin bir hissəsi hesab edilir. Bu səy BƏƏ Xarici İşlər Nazirliyinin 2023-2026-cı illər Strategiyasına uyğun olaraq bütün dünyada öz mövqeyini gücləndirmək məqsədini əks etdirir.