BƏƏ və Azərbaycan Qızıl Aypara cəmiyyətləri arasında əlaqələr genişlənir

11:50 27.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlıq ildən-ilə genişlənir. Dostluq əlaqələri müxtəlif sahələri, o cümlədən BƏƏ Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Qızıl Aypara Cəmiyyəti kimi qurumlar arasında əməkdaşlığı əhatə edir.

Hafta.az-ın yazdığına görə, fevral ayında iki ölkənin Qızıl Aypara cəmiyyətləri arasında əməkdaşlıq çərçivəsində BƏƏ-nin Bakıdakı səfirliyi Azərbaycanın müxtəlif şəhər və rayonlarında sosial layihə həyata keçirib.

Layihə çərçivəsində BƏƏ Qızıl Aypara Cəmiyyətinin hədiyyəsi olaraq böyüklər və uşaqlar da daxil olmaqla 600-dən çox ailəyə qış geyimləri paylanılıb. Bu layihə BƏƏ və Azərbaycan xalqları arasında humanitar və qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edib.

Oxunma sayı 164