Belarus bankları da SWIFT-dən çıxarılır

16:12 03.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı (Aİ) Rusiyanın 7 bankından sonra Belarus banklarının SWIFT beynəlxalq banklararası sistemindən ayrılması məsələsini müzakirə edir.

 

Hafta.az-ın məlumatına görə, bu barədə Aİ tərəfindən verilən açıqlamada bildirilir:

 

"Hazırda Belarusun maliyyə sektoru barəsində Rusiya ilə analoji addımların atılması müzakirə olunur. Qeyd etmək lazımdır ki, SWIFT sistemi Belarus üçün Rusiya qədər strateji əhəmiyyət daşımır".