Beyləqanda "patı" əməliyyatı - saxlanılan var

10:12 16.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Quliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, onun üzərinə və yaşadığı evə keçirilən baxış zamanı ümumilikdə 7 büküm "patı" adlanan narkotik maddə - metamfetamin və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, araşdırmalar aparılır.