Bəzi rayonlarda yollar dumanlı olacaq

16:45 08.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda avtomobil yollarındakı vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, oktyabrın 9-da əsasən gecə və səhər saatlarında dumanlı hava şəraiti ilə əlaqədar ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı ehtimalı var.