Binə və Sədərək ticarət mərkəzlərində əməliyyat keçirilib

14:40 10.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hüquq-mühafizə orqanları tərəfindən Binə və Sədərək ticarət mərkəzlərində müxtəlif şirkətlərə icarəyə verilən anbarlarda əməliyyat keçirilib.

Əməliyyat zamanı anbarlarda xarici ölkələrdən Azərbaycana idxal olunan malların vergidən yayındırılması və digər qanun pozuntuları ilə bağlı axtarışlar aparılıb.

Keçirilmiş əməliyyatla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.