“Blinkenin Ankarada soyuq qarşılanmasına ABŞ-dan sərt reaksiya olacağını düşünmürəm...”

16:34 09.11.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Amma eyni zamanda Ağ Evdə bunu da nəzərə alırlar ki,  əgər ABŞ Yaxın Şərqdə sabitlik istəyirsə, öz maraqlarının təmin olunmasını istəyirsə, onun başlıca müttəfiqi Ankara, Türkiyə olmalıdır...”

“Düşünmürəm ki, dövlət katibi Entoni Blinkenin Ankarada soyuq qarşılanmasına ABŞ-dan hansısa bir sərt reaksiya olacaqdır. Təbii ki, gec-tez reaksiya olacaq, amma o reaksiya ölçülü-biçili olacaq. ABŞ siyasəti heç zaman hadisələrə tələskən reaksiya vermir. Əgər  o hadisələr arxasında hansısa qlobal, ciddi, geosiyasi, təhlükəsizlik təhdidləri dayanmırsa, Ağ Ev olaylara ölçülü-biçili, düşünülmüş, təhlil olunmuş və əhatəli reaksiya verir.”

Bu fikirləri hafta.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu dilə gətirib.

“ABŞ dövlət katibinin Türkiyədə soyuq qarşılanması nədən xəbər verir?” sualını cavablandırarkən analitik deyib:

“Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Ankaraya son səfəri Yaxın Şərqdə baş verənlər və bu kontekstdə Türkiyə ilə Birləşmiş Ştatlar arasındakı ziddiyyətlərdən irəli gəlir. Və biz bilirik ki, Ərdoğan hökuməti çox birmənalı şəkildə fələstinlilərin tərəfini tutdu və ABŞ isə istər hərbi, istər siyasi, istər diplomatik və hətta iqtsadi kontekstdə İsrailin tərəfini saxlayır. Və bu artıq Yaxın Şərqdə marağı olan ABŞ-la onun həmin regiondakı müttəfiqi Türkiyə arasında ciddi ziddiyyətlərin yaranmasına gətirib çxarıb. Məlumdur ki, Ərdoğan hökuməti heç bir halda İsrailə qarşı olan mövqeyindən geri çəkilmək fikrində  deyil. Və bunun da yalnız, deyək ki, hansısa dini-filan səbəbləri yoxdur, bunun sırf siyasi, strateji və geo-siyasi səbəbləri var. Eyni zamanda ABŞ da məhz həmin səbəblərdən geri çəkilmək fikrində deyil. Ona görə də bu iki ölkə arasında artıq maraqların toqquşması baş veribdir. Və həmin toqquşma səbəbindən Blinkenin bu cür soyuq qarşılanması, onun Türkiyə paytaxtının müxtəlif məkanlarında asılmış anti-Amerika məzmunlu transparantlarla, şüarlarla, posterlərlə, belə deyək, salamlanması bir daha göstərdi ki, bölgədə baş verən proseslərlə və özəlliklə də İsrail-“Həmas” savaşıyla bağlı Ankara ilə Vaşinqton arasında çox ciddi fikir ayrılıqları var”.

“Düşünmürəm ki, dövlət katibi Blinkenin Ankarada soyuq qarşılanmasına ABŞ-dan hansısa bir sərt reaksiya olacaqdır. Təbii ki, gec-tez reaksiya olacaq, amma o reaksiya ölçülü-biçili olacaq. ABŞ siyasəti heç zaman hadisələrə tələskən reaksiya vermir. Əgər  o hadisələr arxasında hansısa qlobal, ciddi, geosiyasi, təhlükəsizlik təhdidləri dayanmırsa, Ağ Ev olaylara ölçülü-biçili, düşünülmüş, təhlil olunmuş və əhatəli reaksiya verir.”

Ərəstun Oruclu “Dövlət katibinin son Türkiyə səfəri zamanı soyuq qarşılanmasına ABŞ-dan necə cavab veriləcəyini gözləyirsiz?” sualını cavablandırarkən belə deyib.

“Bütün hallarda düşünmürəm ki, Vaşinqtonda Ankaranın mövqeyindən razıdırlar. Amma eyni zamanda Ağ Evdə bunu da nəzərə alırlar ki,  əgər ABŞ Yaxın Şərqdə sabitlik istəyirsə, öz maraqlarının təmin olunmasını istəyirsə, onun başlıca müttəfiqi Ankara, Türkiyə olmalıdır. Nə İsrail o bölgədə söz sahibi dir, nə də Vaşinqtonun tərəfdaşlıq etdiyi Səudiyyə Ərəbistanı- Birləşmiş Ərəb Əmirlikləri cütlüyü... Bunlar o ölkələr deyil ki, bölgədə söz sahibi ola bilsinlər. Baş verən hadisələr də bir daha bunu sübut etdi. Bütün bunlar baxımından ABŞ-ın konkret olaraq Blinkenin son səfərində Ankarada soyuq qarşılanmasına cavabı ölçülü-biçili, onun maraqlarının ödənilməsinə yönəlik olacaqdır. Amerika həmişə rasional siyasət yürütməyə çalışıb.  O cümlədən Türkiyə ilə aralarında olan ziddiyyətlərin Birlşmiş Ştatların maraqları çərçivəsində çözülməsinə çalışacaq”, -deyə davamında eskpert vurğulayıb.

“Blinkenin Ankaraya bəhs edilən səfəri ilə ABŞ nəsə əldə edə bildimi” sualını isə analitik bu cür cavablandırıb:

“Yəqin ki, bütün ziddiyyətlərə rəğmən hansısa anlaşma əldə olunub. Təbii ki, görüşün real nəticələri, ən azı, hələlik açıqlanmayacaqdır. Amma düşünürəm ki, əgər tərəflər diplomatik kontaktlara üstünlük veriblərsə, görüşə razılaşırlarsa, müzakirələr aparırlarsa,  şübhəsiz ki, orada hansısa səmərəli, qarşılıqlı səmərəli, əlverişli və ortaq maraqlara xidmət edən təkliflər olmamış deyil. Biz bunu görmürük bu gün. Və görə bilmərik... Çünki bu tip danışıqlar məxfi aparılır və adətən onlar haqda məlumatlar açıqlanmır. Amma eyni zamanda o da istisna deyil ki, müəyyən məsələlər üzrə anlaşma əldə olunmasıyla yanaşı, başqa prinsipial məqamlarla bağlı ziddiyyətlər də qalmaqda olsun. Bu da istisna deyil. Ona görə də Blinkenin son Ankara səfərinin nəticələri haqda birmənalı fikir söyləmək çox çətindir.”