BMT-nin 6 əməkdaşı qaçırılıb

09:21 13.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yəməndə BMT-nin humanitar qurumlarından birinin altı əməkdaşı, o cümlədən biri əcnəbi oğurlanıb.

Hafta.az xəbər verir ki, bu barədə "Yemen News" portalı məlumat yayıb. Məlumata görə, onlar ölkənin cənubundakı Abyan əyalətində bir qrup silahlı şəxs tərəfindən qaçırılıb.

Onlarla birlikdə onları müşayiət edən hərbi polisin əsgərləri də naməlum istiqamətə aparılıb.

BMT nümayəndələri Abyandakı humanitar vəziyyəti öyrənmək üçün əyalətdə işgüzar səfərdə olublar.